Azərbaycandakı hüquqi xidmət bazarında fəaliyyətimiz

"Partnyor" MMC Azərbaycan bazarına önəm verən xarici dövlətlərin, o cümlədən, Türkiyənin, Almaniyanın, İngiltərənin, Ukraynanın hüquqi şəxslərinin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınaraq fəaliyyət göstərən dənizdə və quruda neft çıxarma şirkətləri, maliyyə və kommersiya təşkilatları ilə uzunmüddətli münasibətlər qurmuşdur.

"Partnyor" MMC əmək qanunvericiliyinin tələblərinə əməl edilməsi sahəsində müxtəlif müəssisələrə, transmilli şirkətlərin nümayəndəliklərinə 18 (on səkkiz) ildən artıqdır ki peşəkar xidmət göstərir.