Azerbaijan, Baku, Nizami str. 90A (The Landmark);
Azerbaijan, Baku, Nizami str. 90A (The Landmark);
Belə ki, dövlət nəzarət orqanları (Dövlət Əmək Müfəttişliyi Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Baş Məşğulluq İdarəsi və s.) tərəfindən əmək qanunvericiliyinin tələblərinə əməl edilməsinə dövlət nəzarəti həyata keçirərkən əmək münasibətlərini tənzimləyən normativ hüquqi aktların tələblərinin düzgün tətbiq edilmədiyi “Partnyor” MMC-nin göstərdiyi xidmətin (icra etdiyi praktiki sənədlərin, verdiyi hüquqi məsləhətlərin və s.) nəticəsində baş verdiyi aşkar edilərsə, həmin dövlət nəzarət orqanları tərəfindən tətbiq edilən cərimə sanksiyaları “Partnyor” MMC-nin vəsaiti hesabına ödənilir.
Eyni zamanda dövlət nəzarət orqanlarının vəzifəli şəxsləri tərəfindən tətbiq edilən cərimə sanksiyaları mövcud qanunvericiliyin tələblərinə zidd və yalnış olaraq tətbiq edilərsə, sifarişçinin (işəgötürənin) vəkalətnaməsi əsasında “Partnyor” MMC-nin yüksək ixtisaslı mütəxəssisləri (hüquqşünasları) məhkəmə orqanlarında mülki prosesdə ekspert, mütəxəssis və vəkil qismində iştirak edir və işəgötürənin mövqeyini qanunvericiliyə əsaslanan sübutlarla müdafiə edirlər.
Rəhbərliyin qərarını tələb edən bütün məsələlər sifarişçi ilə müzakirə olunur. Məxfiliyin təmin edilməsi peşəkar etikamızın bir hissəsidir. “Partnyor” MMC-yə etibar etməklə müdafiəniz təmin olunur. Biz yüksək keyfiyyətli xidmətlər təklif edir və münasib haqlar alırıq. Xidmət haqlarının prinsiplərini əvvəlcədən sifarişçi ilə razılaşdırır, müqavilə bağlayır, hesabları aydın və şəffaf təqdim edirik.