Kadr potensialı

Peşəkar heyətimiz əməyin sosial, iqtisadi və hüquqi məsələləri ilə həm istehsalatda, həm elmi tədqiqat təşkilatlarında, həm də əmək qanunvericiliyinin tələblərinə əməl edilməsinə dövlət nəzarətini həyata keçirən dövlət orqanında uzun müddət işləmiş, xarici dili bilən peşəkar mütəxəssislərdir. Əmək mübahisələrindən irəli gələn mürəkkəb məsələləri həll etməyi bacaran təcrübəli, bacarıqlı və peşəkar mütəxəssislərimiz sifarişçilərimizə (müştərilərimizə) yüksək keyfiyyətli xidmət göstərməyə və keyfiyyətin saxlanılmasına imkan verir.